...

Dünyada dörd həftə ərzində koronavirusdan ölənlərin sayı 65 faiz artıb - ÜST

Dünya xəbərləri Materials 2 Fevral 2023 02:01 (UTC +04:00)
Dünyada dörd həftə ərzində koronavirusdan ölənlərin sayı 65 faiz artıb - ÜST

Bakı. Trend:

Yanvarın 2-dən 29-na kimi 20 milyona yaxın insan koronavirus infeksiyasına yoluxub, 114 mindən çox insan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 65 faiz artıb, yoluxanların sayı 78 faiz azalıb.

Dörd həftə ərzində dünyada 19 955 978 yoluxma, 114 372 ölüm halı qeydə alınıb.

Pandemiyanın başlanğıcından bəri 753 651 712 koronavirusa yoluxma halı və 6 813 845 ölüm halı alıb. Ötən sutka ərzində 157 092 yoluxma faktı aşkarlanıb, 720 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti