...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2 316-ya çatdı

Dünya xəbərləri Materials 7 Fevral 2023 00:40 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2 316-ya çatdı

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2 316-ya, yaralananların sayı isə 13 293-ə yüksəlib.

Trend Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 6 217 bina dağılıb, 7 840 insan dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti