...

Bayden fevralın 22-də Polşaya səfər edəcək

Dünya xəbərləri Materials 11 Fevral 2023 00:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden fevralın 20-dən 22-dək Polşada səfərdə olacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində C.bayden həmkarı Andjey Duda və "Buxarest doqquzluğu" dövlətlərinin (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) liderləri ilə görüşəcək.

"C.Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək. O, Polşa Prezidenti Andjey Duda ilə görüşərək ikitərəfli əməkdaşlığımızı, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün birgə səylərimizi müzakirə edəcək. O, həmçinin Şimali Atlantika Alyansının təhlükəsizliyinə ABŞ-ın davamlı dəstəyini təsdiqləmək üçün şərq cinahdakı NATO müttəfiqlərimiz qrupu olan "Buxarest doqquzluğu" liderləri ilə də görüş keçirəcək", - deyə K.Jan-Pyer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti