...

Tayland iyunun 1-dən turistlərdən pul yığacaq

Dünya xəbərləri Materials 14 Fevral 2023 15:47 (UTC +04:00)
Tayland iyunun 1-dən turistlərdən pul yığacaq

Bakı. Trend:

Taylandın Nazirlər Kabineti iyunun 1-dən etibarən xarici 159-300 bat (4-9 dollar) arası turist yığımlarının tətbiq edilməsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Thai PBS telekanalı xəbər verir.

Telekanalın məlumatına əsasən, krallığa quru və dəniz yolu ilə gələn səyahətçilərdən 150 bat, aviasərnişinlərdən isə 300 bat yığım tutulacaq. Yığılan vəsaitlərin hadisələr nəticəsində zərər çəkmiş səyahətçilərə dəstək verilməsinə, həmçinin, turizm istiqamətlərinin inkişafına yönələcəyi gözlənilir.

2019-cu ilin may ayında hakimiyyət təbii yerlərin bərpası üçün turist yığımlarının tətbiq edilməsi planlarını açıqlayıb. Təşəbbüsün müəllifləri vergi məbləğinin minimal olacağını və sahəyə təsir göstərməyəcəyini bildirib. Lakin sentyabrda bu planları təxirə salmaq qərara alındı, belə ki, həmin vaxt yığım durğun vəziyyətdə olan sektora əlavə zərər vura bilərdi. 2020-ci ilin fevral ayında Turizm Nazirliyi COVID-19 pandemiyası səbəbindən turist axınının kütləvi azalması fonunda vergi tətbiqi ideyasına geri qayıtdı, lakin təşəbbüsün qüvvəyə minmə tarixi əvvəlcə 2022-ci ilin yanvar ayından tətbiq edilməsi qərara alındıqda 2021-ci ilin may ayına qədər, daha sonra isə cari ilin yanvar ayına qədər açıqlanmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti