Bakı. Trend:
Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.
Hazırda olan məlumata əsasən, zəlzələ nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.