Bakı. Trend:
Rusiyanın tələb etdiyi “Şimal axını”nda təxribat mövzusunda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası yenidən fevralın 21-nə təyin edilib.
Trend xəbər verir ki, bu barədə BMT TŞ-nin proqramında qeyd edilib.
Qaz kəmərində partlayışlar ilə bağlı beynəlxalq araşdırmaya dair Rusiyanın qətnamə layihəsinin səsverməyə çıxarılacağı gözlənilir.
Cədvəl üzrə gün ərzində müzakirələrdən sonra iclas yerli vaxtla saat 15:00-a (00:00-22 fevral) təyin edilib.