Bakı. Trend:
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson NATO-nun baş katibi olmaq istədiyini bildirib.
Trend xəbər verir ki, bu barədə B.Conson ukraynalı jurnalistlərin alyansa rəhbərlik etmək perspektivləri haqqında danışarkən deyib.
"Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir var. <...> Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı, vacib bir vəzifədir. NATO indi həmişəkindən daha güclüdür", - deyə B.Conson bildirib.