Bakı. Trend:
ABŞ-nin multimedia şirkəti “Netflix”in işində fasilələr yaranıb.
Trend-in məlumatına görə, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector portalı yazıb.
Portal bildirir ki, 1,8 minə yaxın istifadəçi “Netflix”in işindən şikayət edib.
İstifadəçilərin 67%-i saytda nasazlıqlar olduğunu, 25%-i videoya baxarkən çətinliklə üzləşdiyini, daha 9%-i isə xidmət proqramına daxil olmaqda problem yarandığını bildirib.