Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı tviterdə bildirib.
Görüş Qətərin paytaxtı Dohada BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransı çərçivəsində baş tutub.
“Zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkür etdik. Ukraynadakı vəziyyəti və İstanbul Taxıl Müqaviləsini müzakirə etdik”, - deyə nazir qeyd edib.