...

Təl-Əvivdə on minlərlə insan etiraz aksiyasına qoşulub (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 27 Mart 2023 01:27 (UTC +04:00)
Təl-Əvivdə on minlərlə insan etiraz aksiyasına qoşulub (FOTO/VİDEO)

Bakı. Trend:

Bazar günü axşam Təl-Əvivdə ölkənin müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra başlayan etiraz aksiyasına artıq 58 min artıq insan qoşulub.

Trend xəbər verir ki, bu barədə İsrailin "Kan 11" dövlət telekanalı məlumat yayıb.

Məlumata əsasən, etirazçılar şəhərin şərqindəki ən böyük magistral yol olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Polis hələ ki, müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.

"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, eyni vaxtda Qüdsdə etirazçılar baş nazir Binyamin Netanyahunun iqamətgahına tərəf gedirlər. Nümayişçilər polis hasarlarından birini aşmağa müvəffəq olub və baş nazirin evinə yaxınlaşıblar. Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə başlayıb.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti