...

Yaponiya Şimali Koreyanın ballistik raket sınaqlarına etiraz edib

Dünya xəbərləri Materials 27 Mart 2023 08:14 (UTC +04:00)
Yaponiya Şimali Koreyanın ballistik raket sınaqlarına etiraz edib

Bakı. Trend:

Yaponiya bazar ertəsi səhər Şərq dənizi istiqamətində iki ballistik raketin buraxılması ilə bağlı KXDR-ə kəskin etirazını bildirib.

Trend xəbər verir ki, bu barədə Yapniyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"KXDR-in bir sıra hərəkətləri, o cümlədən dəfələrlə raket buraxılışı Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid edir. Bundan əlavə, belə ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur. Yaponiya KXDR-ə kəskin etirazını bildirib", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, Yaponiya bununla əlaqədar ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq etmək, məlumat toplamaq və təhlil etmək niyyətindədir

Xatırladaq ki, KXDR bu gecə Şərq dənizi istiqamətində iki ballistik raket buraxıb. Hər iki raket dənizə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti