...

Ekvadorda torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 30 Mart 2023 06:35 (UTC +04:00)
Ekvadorda torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub

Bakı. Trend:

Ekvadorun Alausi şəhərində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsinin "Twitter" səhifəsindəki paylaşımda deyilir. Daha əvvəl 8 nəfərin öldüyü, 71 nəfərin itkin düşdüyü bildirilirdi.

"14 nəfər ölüb, 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb", - deyə paylaşımda bildirilir.

Qeyd edilir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti