...

Bloomberg: Nyu-Yorkda Trampın çıxacağı məhkəmənin yaxınlığında nəqliyyatın hərəkəti dayandırılacaq

Dünya xəbərləri Materials 2 Aprel 2023 07:34 (UTC +04:00)
Bloomberg: Nyu-Yorkda Trampın çıxacağı məhkəmənin yaxınlığında nəqliyyatın hərəkəti dayandırılacaq

Bakı. Trend:

Aprelin 4-də Nyu-York hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Trampa qarşı ittihamların irəli sürülməsi gözlənilən məhkəmə binasına gələn şəhər küçələrində nəqliyyatın hərəkətini dayandıracaq.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, aşağı Manhettendə Nyu-York dairəsinin Ali Məhkəmə binasına gələn küçələr tamamilə bağlanacaq. Bir neçə küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bundan əlavə, hakimiyyət məhkəmənin yaxınlığında nəqliyyat vasitələrinin dayanmasını qadağan edəcəklər.

"CNN" telekanalının məlumatına əsasən, D.Trampın aprelin 4-də məhkəməyə çıxması yerli vaxtla saat 14:15-ə (Bakı vaxtı ilə 22:15) təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti