Bakı. Trend:
Sudan ordusu ölkənin 7 yaşayış məntəqəsindəki, eləcə də ştatların beş inzibati mərkəzindəki çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) baza və qərargahlarına nəzarəti ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə Sudan Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib.
Məlumata əsasən, hərbçilər Port Sudan (Qırmızı dəniz ştatının inzibati mərkəzi), Ed-Damazin (Mavi Nil ştatının paytaxtı), bu ştatın Bones şəhərindəki, eləcə də Kassala və Gedaref ştatlarının eyniadlı inzibati mərkəzlərində Kadugli şəhərindəki (Cənubi Kordofan əyalətinin paytaxtı) xüsusi təyinatlıların bazaları və qərargahları üzərində nəzarəti təmin etdi.