Bakı. Trend:
Sudanda silahlı toqquşmalar başlayandan indiyədək 83 nəfər ölüb, 1126 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən "Al-Hadath" telekanalı məlumat yayıb.
"Sudanda ordu ilə xüsusi təyinatlılar arasında döyüşlər başlayandan bəri ən azı 83 nəfər ölüb, 1126 nəfər yaralanıb", - deyə ÜST-nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, mövcud hadisələrdən əvvəl paytaxt Xartumdakı xəstəxanalara paylanan tibbi ləvazimatlar hazırda tükənib.
Qeyd edək ki, Sudanda aprelin 15-dən bəri ordu ilə xüsusi təyinatlılar döyüşlər gedir.