...

Çin Marsa helikopter göndərəcək

Dünya xəbərləri Materials 25 Aprel 2023 02:08 (UTC +04:00)
Çin Marsa helikopter göndərəcək

Bakı. Trend:

Çin Marsın torpaq nümunələrinin toplanması və Yerə çatdırılması missiyasına helikopter daxil edə bilər.

Trend "SpaceNews"a istinadən xəbər verir ki, müvafiq planlar barədə dərin kosmos elmləri üzrə Beynəlxalq Konfrans zamanı danışılıb.

"Tianwen-3" missiyası 2030-cu ildə Marsa iki "Long March 5" raketindən istifadə edərək iki kosmik apparat göndərəcək. Missiya çərçivəsində onlar 500 qram torpaq nümunəsi toplayaraq Yerə çatdırmağı planlaşdırırlar.

Eniş seqmenti yeriyən robot və ya NASA-nın "Ingenuity" adlı pilotsuz robotuna bənzər helikopterdən istifadə edə biləcək. Çin Elmlər Akademiyası 2021-ci ildə helikopterin prototipini nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti