...

Netflix Cənubi Koreyaya 2,5 milyon dollar sərmayə qoymağı planlaşdırır

Dünya xəbərləri Materials 25 Aprel 2023 05:15 (UTC +04:00)
Netflix Cənubi Koreyaya 2,5 milyon dollar sərmayə qoymağı planlaşdırır

Bakı. Trend:

Netflix Cənubi Koreya serialları, filmləri və şoularının istehsalı üçün növbəti dörd il ərzində Koreya Respublikasına 2,5 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Trend "Yonhap" agentliyinə istinadən xəbər verir ki, şirkət planını Vaşinqtonda səfərdə olan Cənubi Koreya prezidenti Yun Sok Yol ilə "Netflix"in icraçı direktoru Ted Sarandos arasında keçirilən görüşdən sonra açıqlayıb.

"Koreya məzmun sənayesinə böyük inamımız sayəsində bu qərarı verə bildik və möhtəşəm hekayələr yaratmağa davam edəcəyik", - deyə T.Sarandos bildirib.

Agentlik bildirib ki, T.Sarandos investisiyanın Koreya Respublikası və “Koreya yaradıcı ekosistemi” ilə uzunmüddətli tərəfdaşlığı gücləndirəcəyinə şübhə etmir. O, həmçinin qeyd edib ki, bu məbləğ "Netflix"in 2016-cı ildən Cənubi Koreyaya yatırdığı sərmayədən iki dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti