...

İstanbuldan Antalyaya sürət qatarı işləyəcək

Dünya xəbərləri Materials 11 May 2023 11:42 (UTC +04:00)
İstanbuldan Antalyaya sürət qatarı işləyəcək

Bakı. Trend:

İstanbul-Antalya yüksək sürətli qatar xətti inşa ediləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

"714 kilometrlik yüksək sürətli qatar xətti ilə İstanbul və Antalya arasında yol 4 saat 45 dəqiqəyə enəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, A.Karaismailoğlu mayın 8-də Samsun-Trabzon-Sarp yüksək sürətli qatar xəttinin inşasına başlanması barədə məlumat verib.

Hazırda Türkiyənin dəmir yolunun ümumi uzunluğu 13 min 896 kilometrdir.

Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul, 2022-ci ilin yanvar ayında Konya-Karaman, 2023-cü ilin aprelin 26-da Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti