Bakı. Trend:
OPEK İrana qarşı sanksiyaların ləğv ediləcəyini və neft hasilatını artıracağını gözləyir.
Trend xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Heysəm əl-Qeys İranın "Shana" xəbər agentliyinə müsahibəsində deyib.
Əl-Qeys qeyd edib ki, İran OPEK-in təsisçilərindən biri və dünya neft bazarının əsas iştirakçısıdır. Hazırda sanksiyalar İranda neft hasilatını məhdudlaşdırır, lakin təşkilat sanksiyaların ləğvindən sonra 2015-2016-cı illərdə olduğu kimi İranın hasilatı əhəmiyyətli dərəcədə artıra biləcəyinə əmindir.
Əl-Qeys onu da qeyd edib ki, 2018-ci ildən bəri İran sanksiyalar rejiminə baxmayaraq, neft hasilatını gündə təxminən 1 milyon barel artıra bilib.