...

Yaponiya okeanın ortasında 40 min nəfərlik şəhər salacaq (FOTO)

Dünya xəbərləri Materials 15 İyun 2023 11:19 (UTC +04:00)
Yaponiya okeanın ortasında 40 min nəfərlik şəhər salacaq (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın “N-Ark” şirkəti okeanın ortasında 40 min nəfərlik şəhər salacaq. Açıqlamada “Dogen City”nin elektrik və su ehtiyacını öz imkanları ilə qarşılayacağı bildirilib.

Trend-in məlumatına görə, şirkət turizm, tibb müəssisələri və kosmik raketləri əhatə edəcək yeni “Dogen City” layihəsini iqlim dəyişikliyinə görə dəniz səviyyəsinin qalxmasına davamlı şəkildə quracaq.

Şəhər daimi10 min nəfəri yerləşdirmək üçün nəzərdə tutulub. Şəhərin turist tutumunun 30 min olduğu açıqlanıb. Şəhər sərt hava şəraiti və sunamilərə davamlı olacaq.

Həmçinin bildirilib ki, layihə üç ayrı hissədən ibarət olacaq və birinci hissə əsas yaşayış sahəsi olacaq. “Yaşaya bilən halqa” adlandırılan bu bölgədə çoxlu yaşıllıqlar, qida istehsalı müəssisələri, məktəb, idman meydançaları, xəstəxanalar, parklar, stadionlar, hotellər və ofislər olacaq.

Bundan əlavə, "Dogen City"də raket daşınması üçün buraxılış və eniş sahəsinin olacağına dair məlumatlar yer alır. Layihənin harada yerləşəcəyi və büdcəsi barədə hələlik məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti