...

Fransada əlcəzairli yeniyetmənin qətli təhlükəli presedentdir - Piter Teys

Dünya xəbərləri Materials 29 İyun 2023 15:32 (UTC +04:00)
Fransada əlcəzairli yeniyetmənin qətli təhlükəli presedentdir - Piter Teys
Piter Teys
Piter Teys
Bütün xəbərlər

Bakı. Trend:

Fransada əlcəzairli yeniyetmənin qətli dəhşətli cinayət, təhlükəli presedentdir.

Bu barədə cümə axşamı Trend-ə amerikalı ekspert, Avropa və Amerikada hökumət, universitet və korporasiyaların beynəlxalq məsələlər və ictimai diplomatiya üzrə strateji məsləhətçisi Piter Teys deyib.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron ölkədə yüksək dərəcədə islamofobiya zəminində törədilmiş cinayətlərin səbəblərinin aradan qaldırılmasına daha çox diqqət yetirməlidir.

"Makron davamlı şəkildə Fransa hökumətində demokratik institutların əsaslarını sarsıtmağa hazır olduğunu nümayiş etdirib və onun ritorikası Aİ-nin Şərqi Avropa ölkələri ilə münasibətini pisləşdirib. Makronun eqoist, qərəzli xarici siyasəti Avropa qitəsinə geri dönülməz zərər verib və Aİ institutlarında ciddi çatlara səbəb olmağa davam edir. Emmanuel Makron populyarlığını sürətlə itirir. Onun administrasiyası Parisdə və bütün Fransadakı müsəlman diasporunun icması ilə əlaqələri necə yoluna qoymağa daha çox diqqət yetirməli və Avrasiyanın digər ölkələrinin daxili işlərinə qarışmağı dayandırmalıdır", - deyə amerikalı ekspert bildirib.

Teysin sözlərinə görə, fransız hökuməti islamofobiya zəminində törədilən cinayətlərin aşkarlanması üçün daha çox səy göstərməlidir.

"Fransız polisinin öz səlahiyyətlərindən necə sui-istifadə etdiyini görmək təəssüfverici haldır. Əlcəzairli yeniyetmənin qətli təhlükəli presedentdir və bu cür hallara təcili son qoyulmalıdır. Fransadakı Əlcəzair icması ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti