...

"SpaceX" şirkəti daha 48 "Starlink" internet peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 8 İyul 2023 07:36 (UTC +04:00)
"SpaceX" şirkəti daha 48 "Starlink" internet peykini orbitə çıxarıb

Bakı. Trend:

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qrupunu artırmaq üçün 48 mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

"48 "Starlink" peykinin orbitə çıxarılması təsdiqlənib", - deyə bildirilib.

Buraxılış cümə günü ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasında "SLC-4E" buraxılış meydançasından həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti