...

"SpaceX" raketi "Starlink" internet peyklərinin yeni partiyası ilə orbitə çıxacaq

Dünya xəbərləri Materials 22 İyul 2023 04:15 (UTC +04:00)
"SpaceX" raketi "Starlink" internet peyklərinin yeni partiyası ilə orbitə çıxacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Falcon" daşıyıcı raketi "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə şənbə günü saat 19:34-də baş tutacaq.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 96-cı, bu ilin əvvəlindən isə 27-ci buraxılışıdır. "SpaceX" artıq bu peyklərdən 4,8 mindən çoxunu orbitə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti