...

Ankarada "Qafqaz əfsanələri" adlı sərgi keçirilir

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 04:40 (UTC +04:00)
Ankarada "Qafqaz əfsanələri" adlı sərgi keçirilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ankarada rəssam Rüstəm Yahıxanovun Qafqaz xalqlarının ədəbi əsərlərinə və qəhrəmanlarına həsr olunmuş “Qafqaz əfsanələri” adlı sərgisi keçirilir.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, sərgidə Yahıxanovun öz əcdadlarının torpağına dərin ehtiramını, tarixə və xalqına məhəbbətini əks etdirən rəsm əsərləri, görkəmli tarixi şəxsiyyətlərin rəsmləri nümayiş etdirilir.

Qafqaz musiqi nümunələrinin təqdim olunduğu açılışda çıxış edən rəssam Yahixanov ona əsərlərini Türkiyədə sərgiləmək imkanı verənlərə təşəkkür edib. Əsərləri ilə Şimali Qafqaz xalqlarının tarixində baş verənləri danışmaq istədiyini deyən Yahixanov bu fürsəti Türkiyədə tapmaqdan məmnun olduğunu dilə gətirib.

Qeyd edək ki, sərgi sentyabrın 2-dən 12-dək Doğan Taşdələn Müasir İncəsənət Mədəniyyət Mərkəzi Osman Həmdi Bəy Sərgi Salonunda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti