...

Araik Arutyunyan terrorizmi təbliğ etməkdə ittiham olunur

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 00:43 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ separatçılarının qondarma “prezidenti” Araik Arutyunyan Ukraynanın düşmənləri siyahısına daxil edilib.

Trend xəbər verir ki, Ukraynanın “Kanal 5” telekanalının məlumatına görə, ölkənin hərbi kəşfiyyatı Qarabağdakı erməni separatçıları haqqında məlumat toplamağa başlayıb.

Kanalın materialında bildirilir ki, Arutyunyana “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa cəhd” və “terrorizmi təbliğ etmək” ittihamları irəli sürülüb.

Qeyd edək ki, Araik Arutyunyan 2020-ci ilin oktyabrında Gəncədə dinc əhaliyə qarşı törədilən dörd terror aktında ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti