...

ABŞ bu ölkəyə qarşı sanksiyalar siyahısını yenilədi

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 17:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ İrana qarşı sanksiyalar siyahısını yeniləyib.

Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən (OFAC) 29 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib.

Rejimin təhlükəsizlik qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Hüquq-Mühafizə Qüvvələrinin (LEF) 18 üzvü; İran Həbsxana Təşkilatının rəhbəri; rejimin sistematik senzurası və internetə çıxışın bloklanması ilə əlaqədar üç şəxs və bir şirkət; rejimin nəzarətində olan media orqanları – Fars News, Tasnim News və Press TV və üç yüksək vəzifəli məmur sanksiya tətbiq olunanlar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti