...

Ermənistan Müdafiə Nazirliyinin iki məmuru həbs olundu

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 17:43 (UTC +04:00)
Ermənistan Müdafiə Nazirliyinin iki məmuru həbs olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı rüşvət qarşılığında hərbi xidmətdən möhlət və təlim toplanışlarında iştirakı qanunsuz rəsmiləşdirdiklərinə görə həbs olunub.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya komitəsi məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları A.T. və A.A.rüşvət qarşılığında bir nəfər çağırışçıya hərbi çağırışdan yayınmaqda, eləcə də başqa 2 nəfər vətəndaşa təlim toplanışlarında iştirak müddətinin vaxtını dəyişməkdə kömək ediblər.

Bundan başqa, A.T. tanışlarından birinə təlim toplanışlarında iştirak üçün bildirişin göndərilməməsini təşkil edib.

Hazırda Müdafiə Nazirliyinin hər iki əməkdaşı həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti