...

Prezidentliyə namizədi öldürməkdə şübhəli bilinənlərin həbsxanada meyitləri tapılıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 12:05 (UTC +04:00)
Prezidentliyə namizədi öldürməkdə şübhəli bilinənlərin həbsxanada meyitləri tapılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionu qətlə yetirməkdə şübhəli bilinən 6 nəfərin həbsxanada meyiti tapıldı.

Trend xəbər verir ki, bu barədə Milli Həbsxanalar Agentliyi (SNAI) məlumat yayıb.

Baş prokurorluqdan verilən məlumata görə, hadisə ölkənin ən böyük şəhəri olan Quayaquildəki cəzaçəkmə müəssisəsində baş verib.

Qeyd edək ki, Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio bu ilin avqust ayında seçkiqabağı kampaniya çərçivəsində keçirdiyi görüşdən sonra qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti