...

Türkiyə ilə Türkmənistan arasındakı ticarət həcmini 5 milyard dollara çatdırmağı hədəfləyirik – Yılmaz

Dünya xəbərləri Materials 26 Oktyabr 2023 03:43 (UTC +04:00)
Türkiyə ilə Türkmənistan arasındakı ticarət həcmini 5 milyard dollara çatdırmağı hədəfləyirik – Yılmaz

Bakı. Trend:

Türkiyə ilə Türkmənistan arasındakı ticarət həcmini 5 milyard dollara çatdırmağı hədəfləyirik

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə Vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Şurasının sədr müavini Batır Atdayevlə görüşüb.

Keçirilən görüşdə iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər qiymətləndirilib.

Yılmaz qeyd edib ki, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişin imzalanması prosesi sürətləndirilməlidir.

Sabah Ankarada keçiriləcək Türkiyə-Türkmənistan İş Forumunun iş adamları və sərmayədarların bir araya gəlməsi və ortaq layihə imkanlarına diqqət yetirmələri üçün yaxşı fürsət yaradacağını bildirən Yılmaz, türk şirkətlərinin xüsusilə müxtəlif sahələrdə uğur qazandığını bildirib.

Yılmaz Türkiyənin Xəzərdəki dostluq zonasına xüsusi önəm verdiyini və bu çərçivədə fəaliyyətlərdə iştirak edə biləcəyini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, görüş zamanı İsrail-Fələstin münaqişəsi də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti