...

Köçəryanın oğluna deputat mandatı verildi

Dünya xəbərləri Materials 6 Noyabr 2023 16:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana ölkənin Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat mandatı verilib.

Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, Levon 25 sentyabrda 1 ay müddətinə həbs edilib. Köçəryanın oğlu ölkənin hazırki Baş naziri Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.

Onun barəsində dörd polis əməkdaşını döymək barədə ittiham irəli sürülüb. Ötən ay isə onun həbs müddətinin 2 ay uzadılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti