...

Məqsədimiz bütün insanların Qəzzadan tibbi yardım göstərə biləcəyimiz məntəqələrə keçməsini təmin etməkdir - Ərdoğan

Dünya xəbərləri Materials 10 Noyabr 2023 14:00 (UTC +04:00)

Bakı. Trend:

Məqsədimiz bütün insanların Qəzzadan tibbi yardım göstərə biləcəyimiz məntəqələrə keçməsini təmin etməkdir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizim Qəzza ilə bağlı istəyimiz, təkcə humanitar yardım üçün tranzit dəhliz deyil, həmçinin yaralı fələstinli məzlum insanların keçidini təmin etmək üçün İsrailə təzyiqləri artırmaqdır. Məqsədimiz bütün bu insanların Qəzzadan tibbi yardım göstərə biləcəyimiz nöqtələrə keçməsini təmin etməkdir. Bunlara xərçəng xəstələri, yüngül və ağır yaralananlar daxildir. Bu dəhliz açılsa, biz bu yaralıları, xərçəng kimi xroniki xəstəlikləri olan bacı-qardaşlarımızı xəstəxanalarımıza aparmağa hazırıq. Bunun üçün hazırlıqlarımızı tamamladıq. Əgər həqiqətən də onları xəstəxanalarımıza yerləşdirə bilsək, insani və İslami borcumuzu yerinə yetirmiş olarıq",- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, Türkiyə olaraq bütün beynəlxalq platformaları mövzu ilə bağlı aktiv və işlək tutmağa çalışırıq. Biz atəşkəsin təmin edilməsi üçün diplomatiyanın imkanlarından maksimum istifadə edirik. Biz həmsöhbətlərimizə düzgün, ədalətli və daimi həllin yol xəritəsini izah edir və bu həlli həyata keçirmək üçün beynəlxalq ictimai rəy yaratmağa çalışırıq. Biz atəşkəsdən sonra atılacaq addımları ən xırda detallarına qədər planlaşdırırıq və möhkəm, davamlı sülhün qurulması üçün düsturlar hazırlayırıq.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 569 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti