Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında saxlanılan 100 girovu azad etməyə hazır olduğunu deyib.
Trend-in məlumatına görə, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Həlil əl-Hayyi deyib.
O bildirilib ki, girovların azad olunması atəşkəşin elan olunduğu halda baş tuta bilər.
"Biz vasitəçilərə dedik ki, biz onlardan yalnız 50-nin yerini bilirik və bizə atəşkəs lazımdır ki, müxtəlif qruplaşmalar tərəfindən saxlanan girovları tapa bilək", - deyə bildirilib.
Məlumata əsasən, nu mərhələdə “hər gün 10 girovun beş gün müddətinə azad edilməsi” mümkünlüyü müzakirə edilir.