...

İran üç atom bombası hazırlamaq üçün kifayət qədər urana sahibdir

Dünya xəbərləri Materials 16 Noyabr 2023 01:19 (UTC +04:00)
İran üç atom bombası hazırlamaq üçün kifayət qədər urana sahibdir

Bakı. Trend:

İranın 60 faizə qədər zənginləşdirilmiş uranı var ki, sonrakı zənginləşdirmə ilə üç atom bombası yaratmaq üçün kifayət edəcək.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məxfi hesabatına istinadən bildirib.

BAEA təsnifatına görə, silah istehsal etmək üçün uranın 90%-ə qədər zənginləşdirilməsi lazımdır və atom bombası üçün təxminən 42 kq material “nəzəri cəhətdən kifayətdir”.

"Reuters" agentliyi bildirib ki, bu ilin sentyabrından İranda 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları 128,3 kq-a yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti