...

İstanbulda partlayış - Ölən və yaralılar var (FOTO)

Dünya xəbərləri Materials 17 Noyabr 2023 17:54 (UTC +04:00)
İstanbulda partlayış - Ölən və yaralılar var (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun Küçükçekmece rayonunda binada partlayış olub.

Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

Məlumata görə, partlayış dördmərtəbəli binanın zirzəmisində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, yaralılardan 2-sinin vəziyyəti ağırdır.

Partlayışa təbii qazın səbəb olduğu qeyd olunub. Hadisə yerinə yanğınsöndürmə və tibbi yardım heyəti cəlb olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti