Bakı. Trend:
İsrail HƏMAS tərəfindən qaçırılan və Qəzza zolağında humanitar atəşkəs razılaşmasının üçüncü mərhələsində azad ediləcək şəxslərin adlarının siyahısını alıb.
Trend-in məlumatına görə, bu barədə "Kan" radio stansiyası məlumat verib.
“The Times of Israel” qəzeti isə İsrailin baş nazirinin administrasiyasındakı mənbəyə istinadən yazıb ki, girovların ailələrinə onların azadlığa buraxılması barədə məlumat verilib. İsrail hakimiyyəti bu siyahını HƏMAS hərəkatı ilə danışıqlarda vasitəçi kimi çıxış edən Qətərdən alıb.
Üçüncü girov qrupunun bu gün azad oluna biləcəyi gözlənilir.