Bakı. Trend:
Türkiyə ordusu 6 nəfər PKK üzvünü zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında yazıb.
Nazirlik qeyd edir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən "Fərat qalxanı" əməliyyatının həyata keçirildiyi bölgədə PKK terrorçularına qarşı mübarizə davam edir.
"Terrorçular qazdıqları səngərlərdə basdırılmaqdan xilas ola bilməyəcəklər!", - nazirlik vurğulayıb.