Bakı. Trend:
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-yə səfər edib.
Trend xəbər verir ki, A.Qriqoryan okeanın o tayında ABŞ-nin müdafiə üzrə katib müavinin köməkçisi Laura Kuperlə görüşüb.
Armen Qriqoryan "Facebook" səhifəsində bildirib ki, görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
İkitərəfli hərbi əməkdaşlıq məsələləri də Laura Kuperlə imüzakirə etdikləri məsələlər arasında olub.