...

Erməni spiker də KTMT-nin iclasından İMTİNA ETDİ

Dünya xəbərləri Materials 5 Dekabr 2023 12:29 (UTC +04:00)
Erməni spiker də KTMT-nin iclasından İMTİNA ETDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT Parlament Assambleyası Şurasının iclasında və təşkilatın 16-cı plenar iclasında iştirakdan imtina edib..

Trend erməni mediasına istinadən xəbər verir ki, dekabrın 19-da Moskvada keçiriləcək iclasdan imtina qərarını Alen Simonyanın mətbuat xidməti açıqlayıb.

O da qeyd olunub ki, iclasda Ermənistan parlamentinin nümayəndə heyəti də iştirak etməyəcək.

Qeyd edək ki, noyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan etdi ki, sammitdən sonra KTMT Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək və sammit zamanı qəbul olunmuş qərarları Ermənistana gətirəcək ki, Ermənistan da onları imzalasın. Sammitin başa çatmasından bir həftədən çox vaxt keçsə də, Tasmaqambetov Ermənistana səfər etməyib. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti Tasmaqambetovla görüşmək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti