...

Bu ölkədə iş saatı azaldıla bilər

Dünya xəbərləri Materials 6 Dekabr 2023 12:02 (UTC +04:00)
Bu ölkədə iş saatı azaldıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin sosial-demokrat partiyası (Socialdemokraternа) 2026-cı il seçki kampaniyası çərçivəsində hazırlanan təkliflər paketinə iş vaxtının azaldılması məsələsini daxil edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bəzi tədqiqatların nəticələrinə görə, iş saatlarının azaldılması əməkdaşların enerjisinin bərpa olunmasını artırır, eyni zamanda, əmək və ailə həyatı arasında balansı yaxşılaşdırır.

İsveçdə 40 saatlıq iş həftəsinin tətbiq olunmasından 40 ilə yaxın vaxt keçib. Sosial-demokrat partiyasının üzvü Annika Strandhall vurğulayıb ki, pandemiyadan sonra baş verən hadisələr əmək şəraitinin dəyişdirilməsinin mümkün olacağını göstərib, amma bu, bütün peşələrə şamil olunmur.

“Biz bir neçə fərqli modeli nəzərdən keçirmişik, amma iş saatlarının nə qədər ixtisar edilməsi məsələsində hələ də nəticə əldə edə bilməmişik. Bu ideyanın irəli sürülməsi bir çox sahələrdə işçi qüvvəsinin çatışmadığı şəraitə təsadüf edib. Son dörd il ərzində stress səbəbindən əvvəllər olduğundan 50 faiz daha çox insan xəstəxanaya yerləşdirilib”, - Annika Strandhall deyib.

Sözügedən məsələ üzrə konkret siyasi təkliflər 2024-cü ilin aprelində təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti