...

Türkiyə parlamentində çıxışı zamanı vəziyyəti pisləşən deputat vəfat etdi

Dünya xəbərləri Materials 14 Dekabr 2023 14:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı infarkt keçirərək xəstəxanaya yerləşdirilən Səadət Partiyasının millət vəkili Hasan Bitmez vəfat edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edək ki, Səadət Partiyasının sədr müavini, millət vəkili Hasan Bitmez dekabrın 12-də Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında çıxış edərkən huşunu itirib. Deputat ilkin müdaxilənin ardından Ankaranın Bilkent Şəhər Xəstəxanasına çatdırılıb. Edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti