...

Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 25 Dekabr 2023 13:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti “Qalxan-4” əməliyyatı keçirilib.

Trend xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata əsasən, ölkənin 37 vilayətində keçirilən əməliyyat zamanı 4 min 568 qanunsuz miqrant saxlanılıb.

Polis və jandarma əməkdaşları tərəfindən 126 müxtəlif nöqtədə aparılan əməliyyatın gedişində insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən 192 nəfər nəzarətə alınıb. Artıq onlardan 41-i barəsində həbs qərarı çıxarılıb.

Xəbər lenti

Xəbər lenti