Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, cənubi koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.
Cənubi Koreyanın nəzarətində olan Yeonpyonqdo adasının hakimiyyət orqanları “Şimali Koreyanın hərbi təxribatının aşkar əlamətləri fonunda” sakinlərin təxliyə edildiyini açıqlayıb.