...

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəis təyin olunub

Dünya xəbərləri Materials 9 Yanvar 2024 20:05 (UTC +04:00)
Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəis təyin olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

Trend xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen "X" sosial şəbəkə hesabında məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb.

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti