...

Yəmənin Qəzzaya dəstəyi təqdirəlayiqdir - Abdullahian

Dünya xəbərləri Materials 13 Yanvar 2024 11:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin Qəzzanı dəstəkləməsi və İsrailə qarşı çıxması təqdirəlayiqdir.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, regionda təhlükəsizliyin bərpa olması üçün ABŞ Yəmənə zərbə endirmək əvəzinə Təl-Əvivə dəstəyi dərhal dayandırmalıdır.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. "Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti