...

Türkiyə Liviyanın dəniz ərazisində fəal fəaliyyət göstərmək istəyir - Alparslan Bayraktar

Dünya xəbərləri Materials 14 Yanvar 2024 02:11 (UTC +04:00)
Türkiyə Liviyanın dəniz ərazisində fəal fəaliyyət göstərmək istəyir - Alparslan Bayraktar

Bakı. Trend:

Türkiyə Liviyanın dəniz ərazisində fəal fəaliyyət göstərmək istəyir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Liviya Enerji və İqtisadiyyat Zirvəsi çərçivəsində çıxış edərkən deyib.

"Etdiyimiz dəniz yurisdiksiyası müqaviləsi çərçivəsində Liviyanın dəniz ərazilərində aktiv olmaq istəyirik. Öz gəmilərimizlə daha sərfəli və daha sürətli nəticə əldə edə biləcəyimizi bildirdik" – deyə Bayraktar bildirib.

O qeyd edib ki, Türkiyə və Liviya enerji əməkdaşlığını növbəti səviyyəyə daşıyacaq.

“Enerji sahəsindəki fəaliyyətimiz xüsusilə 2019-cu ildə Dəniz Yurisdiksiyasının Məhdudlaşdırılması haqqında Sazişlə böyük əhəmiyyət qazanmışdır. Keçən il biz karbohidrogenlər sahəsində anlaşma memorandumu ilə əməkdaşlığı hüquqi çərçivəyə qoyduq. Bunun nəticəsidir ki, biz bu gün buradayıq” – deyə nazir bildirib.

Məlumat üçün qeyd edək ki, Alparslan Bayraktar Liviya Enerji və İqtisadiyyat Zirvəsi çərçivəsində rəsmilərlə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti