...

Türkiyənin Qırğızıstana sement ixracı 28 milyon dolları ötüb

Dünya xəbərləri Materials 18 Yanvar 2024 09:55 (UTC +04:00)
Türkiyənin Qırğızıstana sement ixracı 28 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qırğızıstana sement ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıraraq 28,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Qırğızıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 95,8 faiz azaldaraq 244,6 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.

2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 19,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti