Bakı. Trend:
İtaliya çempionatının 23-cü turunun “Yuventus”la oyunundan sonra “İnter” azarkeşləri polisə hücum ediblər.
Trend xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
"San Siro" stadionu yaxınlığında azarkeşlər polisə yaxın məsafəli əldəqayırma partlayıcı qurğularla (kağıza bükülmüş barıt) hücum ediblər. Nəticədə polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin “Yuventus” azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar.
Nəticədə İtaliya polisi 50-yə yaxın "İnter" azarkeşini saxlayıb.
Qeyd edək ki, "İnter" "Yuventus"la matçda 1:0 hesablı qələbə qazanıb.