...

Ukrayna böhranının həllində irəliləyiş əldə olunub - CAR prezidenti

Dünya xəbərləri Materials 9 Fevral 2024 08:17 (UTC +04:00)
Ukrayna böhranının həllində irəliləyiş əldə olunub - CAR prezidenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika ölkələri Ukrayna böhranının həlli yollarını axtarmağa davam edir və bu işdə irəliləyiş əldə olunub.

Trend xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa xalqa illik müraciətində deyib.

“Ukraynadakı böhranın həlli yollarının tapılmasında bizim və digər Afrika ölkələrinin iştirakı davam edir, irəliləyiş var. Biz inanırıq ki, ən çətin münaqişələr belə siyasi və danışıqlar yolu ilə həll edilə bilər”, - deyə, o bildirib.

Ramaposa qeyd edib ki, Ukraynadakı müharibə Cənubi Afrika və bütövlükdə Afrikanın iqtisadiyyatına və sosial həyatına mənfi təsir göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti