Bakı. Trend:
Kaliforniyanın San Dieqo şəhəri yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayan helikopterin göyərtəsində olan 5 ABŞ dəniz piyadasının öldüyü təsdiqlənib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat dəniz piyadalarının 3-cü aviasiya hissəsi tərəfindən yayılıb.
CH-53E Super Stallion helikopterinin planlı təlim uçuşu həyata keçirərkən qəzaya uğradığı bildirilir. Helikopterin qalıqları Kaliforniya ştatının Pine Valley şəhəri yaxınlığında aşkarlanıb.
Artıq dəniz piyadalarının cəsədlərinin axtarışına başlanılıb, araşdırma aparılır.
“Los Angeles Times” nəşrinin məlumatına görə, bu, son altı ildə Kaliforniyanın cənubunda CH-53E Super Stallion helikopterinin qəzaya uğraması nəticəsində dəniz piyadalarının öldüyü ikinci hadisədir.