...

Ərdoğan BƏƏ və Misirə səfər edəcək

Dünya xəbərləri Materials 11 Fevral 2024 23:10 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, fevralın 14-də isə Misirə rəsmi səfər edəcək.

Trend xəbər verir ki, Türkiyə lideri fevralın 13-də Dubayda keçiriləcək “Gələcək hökumətlərin formalaşması” mövzusunda sammitində fəxri qonaq qismində iştirak edəcək.

Sammit çərçivəsində Türkiyə dövlət başçısının iştirakçı ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri gözlənilir.

Ərdoğanın BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqları planlaşdırılıb. Qahirədə keçiriləcəyi danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin intensivləşdirilməsi kontekstində atılacaq addımlar müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti